MƏN NEYLƏDİM?!


Bu gün çox gözəl bir kəpənək gördüm. Onu tutmaq üçün əlimi uzatdım. BArmaqlarım onun kiçicik, zərif qanadlarına toxundu. Onu zədələdim... İndi o uça bilməyəcək?! O indi onu gözləyən və üzərində sadəcə 1 çiçəyi olan balaca ağacın üzərinə qona bilməyəcək. İndi o balaca ağacının çiçəyini tərpədə və onu tozlandıra bilməyəcək. Sonra bu çiçəkdən meyvə olmayacaq. Sonra bu ağacın yanından balaca bir uşaq anası ilə keçərkən anasından soruşacaq: Ana əvvəl mən gördüyümdə ağacda çiçək vardı və sən mənə onu üzməyə icazə verməmişdin ki, çiçəklərdən bir gün meyvə olur? Bir gün hərşey böyüməlidir deyə... Bəs bu çiçək niyə böyümədi? Bəs niyə o meyvə olmadı?
Anası isə : Bəziləri böyüyə bilmir...-dediyində
Balaca: Mən də böyüyə bilməsəm?!~~~~Deyə sual verəcək...və ümidləri qırılmış olacaq. Bəlkə də bu onun bütün həyatına təsir edəcək və onu dəyişəcək...
İlahi MƏN NEYLƏDİM?!

8 comments:

daypoint said...

Bezen planlar senin istemediyin kimi gede biler amma gunahi hemiwe ozunde gormek cixiw yolu deyil.belke bu sehvi elemeyin wertdi ki bawa duwesen.ona gore uzulme.

Eltaj said...

BƏzən heç nə sənin istədiyin kimi getmir. HƏr şey bir-birinə qasrışır. Əlinə üzünə bulaşdırmış olursan hər şeyi :( Və sonda bunların fərqinə vardığında həqiqətən gec olur :(

noob said...

menim fikrimce hec vaxt hec ne ucun gec deyil.Hemise bir umud var.:)

Eltaj said...

Düzdür. Ümid ən son ölən yeganə şeydir. :) Hər zaman nəyəsə ümid etməsək yaşamağın nə mənası olar ki?!

Nermin said...

ah eltac ah. gordun burdad isleri garisdirdin... JOKEE
he dogurdan bezen balaca bir sey bele boyuk islere getirib cixardir,,, :( malesef

Eltaj said...

Bəli heyif ki belədir... Düşünmədən elədiyimiz bir eyin necə də böyük fəsadları olurmuş...

Şəbnəm said...

Bir balaca hadisə gör nələri yaşadır insana...

Eltaj said...

Çox heyifki hə... Dünyada kiçik deyə fikir verməyəcəyimiz bir şey yoxmuş...