Ədalət varsa...

Hər kəs, hər şey dəyişir ya da əzəldənmi belə yaranıb? Hər şey, hər kəs haqsızlıq etmək üçün yaranıb sanki.Həyat get-gedə çətinləşir.Artıq bu qanunsuzluqlarla savaşmağa nə səbrim çatır nə də qüvvətim... Həyat get-gedə çətinləşir və çətinləşdikcə də dəyən zərbələrin ağıslığını, ağrısını daha çox hiss edirsən. Həyat get-gedə çətinləşir. Ayağın tikana-daşa dəyərək irəlilədiyin bu yolda ən ağrılısı da ayağından tutub çəkmək istəyənlərin əslində yaxın sandıqların olmasıdır. Həyat get-gedə çətinləşir. Bir yandan nəsə qazandıqca bir yandan da nərə itirməyə məhkumsan sanki. Bir gün güldükdə 3 gün ağlamağa məhkum olduğun kimi... Həyat get-gedə çətinləşir. Artıq hər şey öz marağını itirir. Haqsızlıqla son tapan hər an həyatın mənası daha da öz məğrurluğunu itirir daha da itir... Həyatmı çətinləşir həqiqətən ya bizikmi onu çətinləşdirən?

O qədər çox şey yaşayır,o qədər çox haqsızlıqla qarşılaşırsan ki, bunlara qarşı üsyan etməkdən sadəcə bezir və yavaş-yavaş özünə qapanmağı öz həyatını qəlbində yaşamağa məcbur olursan. Sanki, bütün bu olanlara etiraz kimi, ya da başqalarına görə həyata qarşı laqeydlik, etinasızlıq və ya yorğunluq kimi. Artıq həyatdan bezmiş bir yaşlı kimi, önünə belə baxmağı unudub, elə bu andaca üzərinə gələn maşının altında can verməyə hazır kimi...
Bəzilərinin dediyinə görə hər şey öz əlimdədir. Amma deyil. İnsanin öz hisləri, duyğulari və yorğunluğu, aqresivliyi öz əlində deyil. Çünki insan artıq hər şeydən əlini üzdüyü an heç nəyə nail ola bilmir. Niyə bu an heç kim kömək edə bilmir? Çünki kömək edəcək heç kim yoxdur. Kim var ki? Bu hadisələri yaradanlarmı? Ya da bu gedişatı belə quranlarmı? Onlar elə öz hallarına yansınlar. Başqalarını aldadaraq, minlərcə intriqa və hiylələrlə çatdıqları mövqelərini qorumanın qayğısına qalsınlar... Qoy onlar sadəcə öz dərdlərinə əlac tapmaqla məsğul olsunlar. Çünki onların sirləri daha çoxdur və bir gün bu sirlər ortaya çıxdıqda onlar daha çox şey itirəcəklər.
Ya da digərləri: başqalarının duyğularından sui istifadə edərək öz həyatlarını qurmağa çalışanlar! İnsafsızca kiminsə zəif nöqtəsinə nüfuz edərək onu bir robot kimi, öz maraqları üçün istifadə edənlər. Onlar da bir gün öz qurduqları torda çabalayacaqlar!... Əgər həqiqətən "ƏDALƏT" varsa...

2 comments:

Nigar Məmmədli said...

Ədalət yoxdu... Və heçnə dəyişməyəcək....

Eltaj said...

HEyif ki, bu acı bir gerçəkdir...Amma yenədə ümüd...