Ana,mən durdum. Ana, oyanmışam. Dayan, yuvadan yenədə uçmusan? Mənə yemək gətirməyə getmisən?
Axı, bugün sən niyə tez getmisən? Sənki, mənə uçmağı öyrədəcəkdin. Axı mənim 1 yaşım tamam olub?!
Ana, mənki uçmağı öyrənib dəstə ilə burgə getməyi bacarmalı idim. Ana, sən haradasan axı? Bildim, yəqin mən özüm bunu bacarmalıyam? Özüç uçmağı öyrənməliyəm?! Buna görə məni yalnız qoymusan?Məni imtahan edirsən? Sən yəqin haralardasa burdasan və məni görürsən hə? Yaxşı, onda mən bacararam.
...Ana, mən bacardım! Ana, mən artıq uçuram! Mavi səmadayam artıq! Ana mən artıq mas-mavi səmada, ağappaq buludların arasında qanad çalıram! Ana, niyə yanıma gəlmirsən? Axı niyə görmürəm səni?!
Ana, sənə nə olub? Niyə yerdə uzanmısan? Ana, niyə soyuqsan? Ana, niyə danışmırsan? Bu qırmızı nədir belə sinəndə? Ana, ağzındakı nədir belə? Mənə gətirirdin? Ana, bu adam kimdir? Ana, bəs onun əlindəki nədir? Ana,niyə mənə belə baxır? Əlindəki də mənə baxır deyəsən...
Ana, bu səs nədir? Ah.. Niyə gözüm qaralır? Niyə uça bilmirəm?! Axı indicə öyrənmişdim uçmağı?! Artıq uça bilmirəm! Ana, uça bilmirəm...
.... Ana, axı sənə dedim tapacam səni?
....Səni gözləyirdim. İndi çox uzağa uçacağıq, bəmbəyaz və saf bir dünyaya....
6 comments:
cox gozel sozlerdi))) aen anaya olan mehebbeti cox gozel ifade etdin)))
Əslində hər kəsin qəlbində, çooooooox böyük sevgi var. Hətta övladlarını atmış valudeynlər belə, ıslində övladlarını azca da olsa sevirlər... Allah heç kimi Anasız qoymasın! Amin...
Maraqli yazmısan. Amma yaxşı olardı ki, şəkili yuxarıda sol küncdə yerləşdirərdin. Uğurlar!
Yashar çox sağol. Şəklin yerini də dəyişdim. Deyəsən daha yaxşı alındı :)
deyirem Zaqatala yetiwdirirde))
SAğolee :)
Post a Comment