Qarğa nə bilsin sevgi nədir?!


Payızın son ayları. Xəfif bir meh əsir. Bağçanın küncündə yaydan qalan təravətini hələ qoruyub saxlamağa çalışan gözəl, lakin gözəl olduğu qədər də zəhmli görünən Qızılgül ana... Qucağında isə tam özünə bənzəyən qürurlu, gözəl qızılgül qızları. Onlar hər gün sevinərək yuxudan durur, ətrafa boylanır günlərini şən keçirirdilər. Onların bu sevinci hərkəsin diqqətini cəlb edir, hamını onlara tamaşa etməyə sövq edir, eyni zamanda da onlara yaxınlaşmaq istəyənlərin bütün ümid və cəsarətlərini qətiyyətlə qırmağa müvəffəq olurdu. Bu "cəsarətsiz"lərin içərisində qızılgüllərdən birinin ürəyində yer tutmaq şərəfinə nail olan, lakin anasının qorxusundan hər vəchlə ona yaxınlaşmaqdan çəkinən qara qarğa da vardı. O hər gün sevdiyini görmək üçün bağa gələr, hasarın üzərində və ya ağacların budaqlarında oturar lakin 'qarğa səsilə' sevgilisini səksəndirməkdən qorxaraq səsini belə çıxarmadan sevdiyinə tamaşa edər, axşam isə hamıdan sonra ətrafa son bir dəfə nəzər salaraq bağı tərk edərdi. 3 gün 5 gün 1 həftə beləcə keçdi. Qızılgülün ömru az olar. Yavaş-yavaş solur, o gözəl ləçəkləri quruyurdu. Və son gün gözəllər gözəli son ləçəyini də tökdü və sadəcə yaşılımtıl-sarı heç də xoş görünməyən saplağı ilə qaldı. Hasarın üzərində duran qarğa isə bu an sonunda cəsarətlənməyə qərar vermişdi. Qızılgülə yaxınlaşdı və yaşıl çirkin saplağı görərək: "fu sən uzaqdan necə də gözəl görünürdün. Əslində isə necə də çirkinsənmiş! Bu neçə vaxtdır yəqin səni sevdiyimdən gözlərim kor imiş! Yaxşıki, vaxtında ayıldım" deyərək qızılgüldən qalmış son xatirəni, qurumuş saplağı da qıraraq oranı bir də heç bir zaman qayıtmamaq şərtilə sonuna qədər tərk etdi.
Ana qızılgülsə ah çəkərək: "Balam, o səninçün fədakar, vəfalı və ürəyiyumşaq bülbül deyilk, sənin uğrunda canını fəda etsin?! Qarğa nə bilir sevgi nədir?!"

5 comments:

Anonymous said...

super.cox gozel movzuya toxunmusan.hetta qarganin timsalinda,bu cur dushunce terzli insanlara da cox aciyiram.insan gerek genish dushunce terzine malik olsun(hetta senin kimi)AFERIN Eltacc.

Eltaj said...

Çox sağolun. Amma deyirəm ki, bəzən belə "qarğalar" olmayanda həyatda fərqlilik də qalmazdı. Fərqliliklər olmasa hər şey çox sıxıcı olardı.

Zeyneb said...

cox maraqlidi ))) Atalar sozune oxshadi "Eshek ne biler xurmanin dadini"

Eltaj said...

:) HE düzdür. Bilmirsə də o eşşəklər zay eləməməlidirlər dəo xurmanı da. Bəlkə onun xoşlamadığı xurmanı başqası yeyəcəkdi? --Həm də bəyənərək.

Anonymous said...

eger bir seyin dadini bilmirsense onu hec yememelisen?