Üstü bəzək içi...

Demişdim, Bir daha heç vaxt nə tədbirdə iştirak edəcəyəm, nə də hər hansı bir ictimai yığıncaqda. Yenə də sözümdən dönməli oldum. Məktəb problemləri... məcburi olan könülsüz dəvətdən sonra nəisə birtəhər rayon tədbirində iştirak etməyi qəbul etdim:)Müəlliməmin xətrinə). Düz 1 həftə rayon tədbirinə hazırlaşdım:dərslərim qaldı bir yanda, başqa işlərim qaldı və mən rayon tədbirinə hazırlaşmaqla məşğul oldum. Hansı tədbirəmi?"ingilis dili gecəsi"-nə.

Sonda "böyük gün" gəldi çatdı və bu qədər hazırlaşdığımız tədbir dünən oldu. Oldu amma nə oldu! Hər şey bir-birinə qarışmışdı. Sanki tədbir deyil də "həftəbecər" idi. Tədbir Zaqatala rayon Mədəniyyət evində olmalı idi. Elə oldu da. Amma təsəvvür edə bilərsinizmi bu böyüklükdə Mədəniyyət evinin nə proyektoru var idi şəkil göstərək, nə düzgün-əməlli mikrofonu ki, danışaq( Ya da var idi bizə vermək istəmirdilər. Ən azından bizə vermədilər). Şəkillərdən ibarət prezentasiya hazırlamışdıq ki bizim çıxışımız da onun əsasında olacaqdı. Amma olmadı... Görəsən "böyüklər" hara baxırdı?
Səhnəyə çıxanda nasazlıqlara görə iştirakçıların hamısının əli-ayağı dolaşırdı. Tədbir qurtardı. Biz isə çox sınıxmış vəziyyətdə oradan ayrıldıq. Sən demə, sadəcə bizim yox bütün iştirakçıların başına gəlibmiş. Bu qədər ciddi hazırlanmış tədbir gülüş mənbəyinəmi çevrilibmiş? Əgər elədirsə onda "boyüklərin hara baxdığı da məlum oldu. Onlar komediyaya baxırlarmış. Komediya isə nə komediya... Fanaqrama qoyulub oxuyan tapılmır. Adam danışır səs eşidilmir(mikrofon xarab olduğundan) və s.
Gözəl tamaşadır, elə deyilmi?

No comments: