UGRAD-Amerikada təhsil programı

 Uzun müddətdən sonra da  olsa, bir xaricdə təhsil programı:UGRAD haqqında yazdım.Ümid edirəm ki, köməyi dəyər  :) Uğurlar!!! :D
1) Program haqqında:
UGRAD proqramı (Undergraduate exchange student), IREX (beynəlxalq araşdırma və tələbə mübadiləsi) təşkilatı tərəfindən həyata keçirilən, Amerika təhsil və mədniyyət bürosu tərəfindən maliyyələşdirilən mədəniyyət və təhsil proqramıdır. Bu proqram birinci, ikinci və üçüncü kurs tələbələrinə müəyyən imtahanları müvəffəqiyyıtlə verdikdən sonra Amerika univeristet və kolleclərində bir il full scholarshiup alaraq (ödənişsiz) təhsil almaqla yanaşı mədəni mübadilələrin reallaşmasına imkan verən ən uğurlu proqramlardan biridir. Səhv elemirəmsə 90cı illərin əvvəllərindən bu proqram Azərbaycanda fəaiyyət göstərir və indiyədək Azəırbaycan tələbələrinə bu imkani verir.

  2) Programın xeyri və əhəmiyyəti:
Tələbələ Mədəni mübadilə edərək öz dünya görüşünü artırmaqla yanaşı Amerika təhsil sistemi ilə yaxından tanış olaraq bir il ixtisası üzrə nəzəri və teorik biliklərin artırılmasına imkan verir.
 3) Bir qədər də, təqaüd haqqında:
 İREX təşkilatı tərəfindən həyata keçirilir. Full Scholarship verir və bu sənin Azərbaycanda çıxıb orda qalıb Azərbaycana qayıdana qədər bütün xərclərini ödəyir. Aylıq təqaüd qaldığın ştatdan fərli olaraq dəyişə bilər. Əsasən Univeristet yataqxanalarinda yerləşdirilir.
4) Programda iştirak şərtləri:
Azərbaycan univeristetlərinin birinci ikinci və üçüncü kurs tələbələri iştirak edə bilər. Proqramdan keçmək üçün intermediate ya da upper intermediate ingilis dili səviyyısi məncə normal sayila bilər. Essay yazmaq bacarıqları normal olmalidir və sosia həyatda aktiv gənclər bu proqramda daha uğurla iştirak edə bilərlər.
5) İngilis dili nə dərəcədə vacibdir:
İntermediate və upper intermediate səviyyəsi normal sayila bilər.
6) Programa müraciət tarixləri:
Www.irex.org saytında ya da Caspian business centre in 3cü mərtəbəsində yerləşəm AAA təşkilatından yetərli məlumat əldə etmək olar.
7) Əvvəlcədən hər hansı treining və ya məlumatlandırma prosesi varmı? 
Özləri universitetlərdə və regionlarda proqramın təminatını keçirirlər və bundan başqa soSial şəbəkələrdə yetərli məlumat olur. İrex Azərbaycan səhifəsindən facebookda yetərli məlumat əldə etmək olar.
8) Düşdüyün şəhəri, təhsil müəssisəsini, "assigned" olunduğun təşkilatı seçmə və dəyişmə şansı mövcuddurmu və əgər mövcuddursa şərtləri necədir?
Yox elə bir şans hec bir tələbəyə verilmir və "experienced" tələbə kimi deyə bilərəm ki hec buna ehtiyac da olmur.
Məlumat üçün Həmid Ağahuseynova təşəkkürlər


6 comments:

Anonymous said...

Melumat ucun cox sag olun.Men cox isteyerem.Ama hayif ki,artiq bir ikdi bitirmishem universiteti

Eltaj said...

başqa programlara artıq :)

Zərifə Rəsullu said...

Əllərinə sağlıq =)

Anonymous said...

Salam, men 2ci kursam ve dil seviyyemi artırmaq üçün kursa yeni başlamışam. Yeni 3cu kursda ne zaman müraciet ede bilerem? Ve 3cu kursda müraciet etsem son kursu mu orada oxuyuram ?

Eltaj said...

Siz bu zaman son kursda ozuyacaqsınız bəli. AMma hal-hazırda qaydalar dəyişibmi bundan əmin olmaq üçün siz birbaşa UGRAD üçün rəsmi səhifədən baxmalısınız.

giaonhanquocte said...

Thanks for sharing, nice post! Post really provice useful information!

An Thái Sơn với website anthaison.vn chuyên sản phẩm máy đưa võng hay máy đưa võng tự động tốt cho bé là địa chỉ bán máy đưa võng giá rẻ tại TP.HCM và giúp bạn tìm máy đưa võng loại nào tốt nhất hiện nay.