FLEX mübadilə programı?


Artıq bu gündən etibarən blogumda Azərbaycandan iştirak edə biləcəyiniz müxtəlif xaircdə təhsil və mübadilə programları haqqında birbaşa həmin programların iştirakçılarından onlar haqqında məlumatları, həmin programlara necə müraciət etmək qaydalarını, iştirak şərtlərini və s. paylaşmağa qərar verdim. 

Haqqında yazacağım ilk program isə, elə özümün də iştirak edib qalibi olduğum FLEX programıdır. Başladıq: 



1) FLEX programı nədir?
FLEX (Future leaders' exchange- Gələcəyin liderlərinin  mübadiləsi) 10 ay yəni bir təhsil ili üçün nəzərdə tutulmuş bir programdır. Bu program vasitəsilə, qaliblər, Amerikada həmin il ərzində təhsil almaq şansı qazanırlar. Program Azərbaycanda artıq 20 ildir ki keçirilir və Azərbaycandan 23000-dən artıq tələbə bu programın iştirakşısıdır.

2) FLEX programının xeyri nədir? (tez-tez qarşılaşdığım bir sual).
 İlk növbədə xeyri, 10 ay ərzində başa bir ölkənin həyat tərzi və mədəniyyəti ilə tanış olursan. İngilis dilini daha da inkişaf etdirirsən. Özünə başqa FLEX məzunlarından ibarət bir qrup qazanırsan və ən əsası qayıtdıqdan sonra belə müxtəlif maraqlı işlər görə biləcəyin çoxlu dostların əhatəsində olursan.

3) FLEX programı tamamilə pulsuzdurmu? və Kim maliyyələşdirir? 
Bəli, FLEX programı tamamilə pulsuzdur və Amerikadakı müxtəlif orqanizasiyalar və sizi qəbul edən ailələr tərəfindən maliyyələşdirilir. Yəni iştirakçıların, bütün uçuş biletləri, visa və həmçinin siğortaları, həmçinin aylıq 100-150 dollar (organizasiyadan asılı olaraq dəyişir)arası olan təqaüdləri həmin bu proqramlar tərəfindən ödənilir. Həmin bu il ərzində isə, siz könüllü yəni heç bir ödəniş almadan sizi qəbul etmiş bir ailədə həmin ailənin bir üzvü kimi yaşayırsınız, yəni yemək və ev xərcləriniz də onlar tərəfindən qarşılanır. Məktəb isə, ailənin və sizi qəbul edən orqanizasiyanın yaxınlığında olan bir məktəb seçilir. İştirakçılar (yəni siz) sizi qəbul edən orqanizasiyanı, ailəni və ya ştatı seçmək şansı əldə etmirsiniz. Onlar sizi seçirlər.
P.S ödədiyiniz yeganə məbləğ seçildiyiniz təqdirdə xarici pasport almaq üçün ödəyəcəyiniz 47 manat məbləğində dövlət rüsumu olacaq :D

4) Programda iştirak şərtləri nədir? (http://www.americancouncils.az/az/azerbaijani-flex-imtahanlarinin-tarixi//)
  • 15-17 yaşlı olmalı
  • Müsabiqə keçirilən zaman orta məktəbdə 11-ci sinif  şagirdi olmalı;
  • İngilis dilini bilməli  (namizədlər müsabiqə keçirilən an üçün indilis dili biliklərini nümayiş etməlidirlər)
  • Amerika vizalarının verilməsi tələblərinə uyğun olmalı;
  • Azərbaycan vətandaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalıdırlar.  
5) İngilis dili vacibdirmi? və ya İngilis dilini nə dərəcədə bilməliyəm?  
İngilis dilini heç olmasa imtahan turlarını keçə biləcəyiniz və Amerikada olarkən öz ehtiyaclarınızı ifadə edə biləcəyiniz səviyyədə bilməlisiniz. Və bəli, Amerikaya getməzdən əvvəl imtahanları keçmək üçün ən azından "hello", "how are you?"-nu deməyi bacarmağınız vacibdir ;) 

6) İmtahan necə olur? 
FLEX imtahanı 3 turdan ibarət olur. İmtahanını 1ci turu əsasən, 15 sentyabrla- 15 oktyabr arasındakı bir tarixdə (yaşadığınız şəhərdən asılı olaraq) keçirilir. İmtahan tarixlərini  American councils  -in üstünə klikləyərək həmin saytdan yoxlaya bilərsiniz. Birinci tur üçün sizə lazım olan sadəcə olaraq, şəxsiyyət vəsiqəsi və ya metrika-nın kopyası və əsli, 3X4-ə şəkil və bir də qələminizi götürərək sizə ən yaxın olan imtahan məntəqəsinə getməkdir. Qeydiyyat elə imtahan günü həmin yerdəcə aparılır və siz imtahana buraxılırsınız. Birinci turda 15 sualdan ibarət ingilis dilində bir test olur və imtahan sadəcə 15 dəqiqə çəkir. Suallar sadə ingilis dili bilikləri olanlar üçün asandır deyilə bilər. Bu turun nəticələri ya həmin gün ya da ən uzağı 1 gün sonra açıqlanır və siz 2ci tura dəvət olunursunuz.
2-ci tur normalda 1ci turdan sonrakı 1 ay ərzində keçirilir və bu tur üçün şəxsiyyət vəsiqəniz və ya metrikanızla imtahana buraxılırsınız. Bu turda siz əvvəlcə Dinləmə (Listening) -dən imtahan verirsiniz. Yəni oturduğunuz otağa maqnitofonla müxtəlif dialoqlar və ya hekayələr qoyulur və siz onların cavablarını cavab kartında işarələyirsiniz. Bundan sonra isə ingilis dilində olan inşa yazmağınız tələb olunur. İnşa suallarını siz seçmirsiniz. 2ci turun nəticələri də 1 ay ərzində məlum olur və 3cü tur üçün şans qazanırsınız.
3-cü tur da 2ci turdan sonrakı 1-2 ay ərzində keçirilir. Burada sizdən intervü alınır və sizdən yenə də inşa yazmağınız tələb olunur. Bu arada deyim ki, inşa sualları çox asan olur. :) və həmçinin sizə evdə və məktəbdə ailənizə və müəllimlərinizə və həmçinin də özünüzə doldurmaq üçün formalar (sənədlər) verilir.
3cü turun cavabları isə ən azı 4-5 ay ərzində yəni mart-aprel aylarında açıqların və siz seçilsəniz və ya seçilməsəniz belə sizə zəng edib bu haqda məlumat verilir. bu vaxt 3- haldan biri olur: ya tamamilə seçilməmisiniz, ya seçilmisiniz və artıq programla 1 il ərzində Amerikada təhsil şansı qazanmısınız və yaxud da alternativ olmusunuz. Yəni, əgər seçilmiş finalistlərdən hər hansısa birisi imtinna edərsə, və ya müəyyən səbəblərə görə iştirak edə bilməzsə demək ki, onun yerinə siz gedəcəksiniz.  
Əgər artıq buraya qədər də gəlmisinizsə, gerisində nə edəcəyinizi, dolduracağınız bütün sənədlərə Amerikan konsulluğu köməkçi olur və sizin bütün suallarınızı cavablandırır :) 

7) Amerikaya elə bir-başa biletləri verib heç bir nəzarətsiz filan göndərirlər? 
Xeyr, siz Amerikaya getməzdən əvvəl bir-neçə günlük bir kampda necə səyahət etmək, necə davranmaq,
haqqında tam məlumatlandırılırsınız və Amerikaya getdikdən sonra isə, organizasiyanız tərəfindən sizə qayğı göstərilir və bütün suallarınızı, narahatlıqlarınız olduğu təqdirdə narahatlıqlarınız yəni hər şey orqanizasiyanızdan asılı olur.

8) Birdən pis bir ailəyə və ya orqanizasiyaya düşsəm? və ya Orada mənimlə pis davransalar?
Amerikada olarkən pis bir ailəyə düşmək demək bir növ mənasız bir fikirdir, amma, hər bir halda, əgər ailə ilə anlaşılmazlıqlar yaşasanız orqanizasiyanıza bu haqda deyə və haqlı olduğunuz təqdirdə ailənizi dəyişdirə bilərsiniz. 

-Bu da FLEX haqqında bütün prosedurlar .Əgər FLEX haqqında hələ də suallarınız varsa, cavablandırmaq üçün buradayam.  
İmtahan vermək istəyən hər kəsə uğurlar :)

P.S Program haqqında məlumat ala biləcəyiniz linklər:

Və sonda, bizdən bəzi şəkillər:



 

9 comments:

Unknown said...

Salam.Men 1997-ci ilin may ayindanam,bu il qatilmaq uchun yashim dushur?

Eltaj said...

Salam.
Xeyr. Sizin yaşınız uyğun deyil bu il.

Avropaya bir addim said...

Salam men 200 il yanavrin 1indenem qatila bilerem?

Anonymous said...

salam bu il flex programi olacaq?
cunki internetde yazilan tarixde biz imtahan yerine getdik amma olmadi ve bize tarixin deyisildiyini dediler bir de dediler ki olmaya da biler sizce olacaq?:((((

Eltaj said...

Salam.
Xeyr təəssüf ki, bu il olmadı

Unknown said...

Salam flexe girdikden sonra biz bir il orda oxuyuruq 9 sinifi bes biz universitete hazirlasiriq o nece olur biz derslerden geri qaliraq axi ordada azerbaycandaki kimi dersler deyil sonra biz azerbaycanda universitet imtahanlarinda cetinlik cekmerik???ve biz orda oxuduqsa universitetide orda oxumaliyiq???4 cu qruplar da ora gede biler???SULLARİMA CAVAB VERSENİZ SEVİNEREM...TESEKKURLER

Anonymous said...

Salam 2015-2016 flex imtahanlari olmayacaq?

Unknown said...

Salam men bu il universitete qebul olmusham.indi 18 yashim var.men FLEX proqramina qatila bilerem? Cavablandirsaniz sevirem.teshekkurler

Eltaj said...

FLEX programı sadəcə məktəb tələbələri üçündür. Universitet tələbələri Ugrad programına qatıla bilər. Bu linkdə ətraflı məlumat vermişəm UGRAD haqqında.
https://justabudilnik.blogspot.com/2014/04/ugrad-amerikada-thsil-program.html