Adsız düşüncələr

Gəlin bugün arzulardan danışaq... Hansı ki, reallaşdıra bilmədiyimiz arzulardan...
Xəyallardan danışaq... Hansı ki qurmağa belə risk etmədiyimiz xəyallardan...
Gəlin duyğularımızdan danışaq... Sırf incinməsin deyə dəmir qutularda saxladıqlarımızdan...
Hər dəfə pəncərədən baxanda qarşımızda ucalar qəhvəyi binalardan...
Bozarmış səmadan... Artıq rəngə gəlmiş havadan da danışa bilərik artıq...
İnsanların solğun-əzgin-sallanmış sifə
tləri necədir sizin üçün?
Deyəkmi onların da şərəfinə bir tost bəlkə?
yoxsa düşünmədən qırdığımız ürəklərmi olsun bugünkü sözümüz-söhbətimiz?


Niyə danışmayaq ki mavi səmadan... qızıl günəşdən?
Niyə danışmayaq axı, qanadlı arzulardan? Əl-ələ xoşbəxtcə gedən körpələrdən?
Hə yadından çıxmamışkən deyim, o körpələrdən birini maşın vurmadımı keçən dəfə xəbərlərdə?
Dİgəri də xərçəngmi olmuşdu bu yaxın zamanlarda?
Bəs səma hara yoxa çıxdı axı?
Xatırladım qabağına çıxan tüstü buludlarını da indicə...
Günəs isə yerindədir... nə bir ifadə var, nə bir duyğu...
Dayanır baxır hər gün bir tərəfdən üzümüzə.
gülüş axtarır yorğun simalarda ümidsizcə...
Bəlkə bir gün birigələr, çıxar, xilas edər deyə...
Edərmi?...

3 comments:

Anonymous said...

belə qəribə bir zad...ləzzət elədi...bu aralar mən də belə bir mood-dayam gündəlik qeydlər yazıram, tezliklə yəqin bloqa atacam. buna bir high-five...yada obstanovkaya uyğun olaraq low five deyirəm. bravo!

Aydan Aslanova said...

Həmişəki kimi şərhsiz. Sənin postların məni həmişə inspire edir. :)

Eltaj said...

Nazrinavi, High five *_*
Aydan, woha :D I am really glad for that :D