1)Qısaca program haqqında:
EVS – European Voluntary Service, Avropa Könüllülük xidməti. 18-30 yaşlı gənclərin öz ölkələrindən
fərqli ölkədə könüllü şəkildə bir layihədə iştirakıdır, bu mədəni, ətraf mühit,
uşaqlarla, gənclərlə, yaşlı və ya qüsurlu insanlarla iş ola bilər. 2 -12 ay
arası müddət dəyişə bilər, bir şəxs 12 aydan artıq EVS könüllüsü ola bilməz.
EVS prosesində 3 tərəf iştirak edir, könüllü, göndərən təşkilat (sending
organization) və qonaq edən təşkilat (hosting organization). Proqramda iştirak
edən ölkələrdən biri ya Avropa Birliyi üzvü ya da üzvlüyə namizəd olmalıdır.
2) Programın üstünlükləti
Programın xeyri əsas əhəmiyyəti odur ki, fərqli
mühitdə işləmək imkanı, yeni biliklər qazanırsan, yeni ölkəyə səyahət edirsən,
yeni dillə tanış olursan. Məncə, ən əsası fərqli mədəniyyətlə tanış olursan.
Layihə bitdikdə isə youth pass sertifikatı ilə təmin olunursunuz. Ətrfalı linkdə:
https://www.youthpass.eu/en/youthpass/youthpass/
3) Bir qədər də, maliyyə hissəsi:
Avropa Birliyinin icraçı orqanı Avropa
Komissiyası tərəfindən maliyyələşdirilir. Aylıq təqaüd 65 eurodur. İşləmək icazəsini
bilmirəm, məncə, bu vizaya bağlı bir şeydir. Viza xərcləri qarşılanır, hər
könüllü üçün 60 euro viza xərci nəzərdə tutulur. Layihə müddətində qalmaq və
yemək xərcləri 100 faiz qarşılanır. Qalacağınız yer layihənin müddətindən,
növündən və könüllülərin sayından asılıdır, bu mənzil də ola bilər, hotel də,
hostel də. Bizim layihədə ailə otelində qalırıq. Səyahət xərclərinin ancaq 90
faizi qarşılanır, əgər layihə müddətində özünüz başqa şəhərlərə və ya ölkələrə
səyahət etmək istəyirsinizsə, həmin xərclər qarşılanmır. Layihə müddətində AXA
sığorta tərəfindən sığorta edilirsiniz və sığortanın əhəmiyyəti ondan ibarətdir
ki, layihə bitdikdən sonra belə sığortanız 2 ay müddətində ancaq könüllü
olduğunuz və ya yaşadığınız ölkədə keçərlidir.
4) Programda iştirak şərtləri: (eligibility)
Proqramda iştirak şərtləri layihədən
asılı olaraq dəyişən bir şeydir. 18-30 yaşlar arası bütün gənclər iştirak edə
bilər. 12 ay müddətində EVS etmiş biri artıq yenidən iştirak edə bilməz, əgər,
məsələn 2 aylıq bir dəfə EVS olmusunuzsa, növbəti 10 aydan artıq ola bilməz. Və
ya çox sayda qısa müddətli EVS etmək donor tərəfindən xoş qarşılanmır.
5) İngilis dili nə dərəcədə vacibdir:
:Bu yenə də layihədən asılıdır, əksər hallarda sərbəst
ingilis dili tələb olunur, ancaq hal-hazırda mənim EVS etdiyim layihədə 1 nəfər
ingiliscə bilməyən bir şəxs var və çox normaldır, çünki onu tərcümə edə bilənlər
var və arxeoloji layihə olduğu üçün dil biliyi önəmli deyil. Elanlarda ingilis
dili, yox, başqa dil biliyi olan şəxslərə də üstünlük verilir, layihədən və ölkədən
asılıdır.
6) Programa müraciət tarixləri:
Veb-saytdan,
dəqiq tarix yoxdur, fərqli layihələr olduğu üçün fərqli tarixlərdə olur. Vebsaytdan və
ya bu səhifədən məlumat almaq olar. http://europa.eu/youth/country/76/theme/46_en
7) Əvvəlcədən hər hansı treining və ya məlumatlandırma prosesi varmı?
EVS-ə başlamadan əvvəl mütləq bir neçə günlük treyninq
baş tutur, əsasən komanda işinin qurulması və müxtəlif dil və mədəniyyəti olan
insanlarla ünsiyyət məsələlərinə fokuslanır. Əlbəttə ki, EVS barədə, donor, şərtlər,
layihə, qalacağınız yer, yemək, sığorta, cib xərcliyi və s. ilə əlaqədar bütün
suallar əhatə olunur.
8) Düşdüyün şəhəri, təhsil müəssisəsini, "assigned" olunduğun təşkilatı seçmə və dəyişmə şansı mövcuddurmu və əgər mövcuddursa şərtləri necədir?
Bu yenə də layihədən asılı bir şeydir, çünki layihəni
həyata keçirilidiyi ölkə və şəhərlər var, sən görüb əvvəlcədən müraciət edirsən.
Məncə, EVS getməzdən öncə ölkəni seçmək vacibdir, ancaq layihə çox ciddi məsələdir,
məsələn Bolqarıstan çox gözəl ölkədir deyib, yaxşı motivasiya yazıb gəlib
arxeoloji layihədə həftənin beş günü yer qazmaqla xoşbəxt olmaya bilərsiniz, bu
məsələlərə diqqət etmək lazımdır.
9) P.S
Əgər
getdiyiniz ölkəyə viza lazımdırsa, mütləq çoxgirişli viza alın, çünki
yaxınlıqdakı ölkələri səyahət edə bilərsiniz, EVS müddətində həftənin 5 günü iş
günü olur, həftəsonları boş olursunuz, üstəlik, layihə müddətinin hər ayında 2
istirahət günü götürmək haqqınız var. Bunu həftəsonu ilə birləşdirib 4 gün edə
bilərsiniz və səyahət üçün yaxşı vaxtdır. Mənim işlədiyim layihədə günün 5,5
saatını işləyirik, iş saatları 07:00-12:30-dur. Hər səhər saat 06:00-da
oyanmalı oluruq, bu tip şərtlərin olduğu layihələrə müraciət edərkən yaxşı
düşünmək lazımdır.
Əvvəldə
qeyd etdiyim təşkilat məsələsinə gəldikdə, heç bir təşkilat üzvü olmadan da EVS
könüllüsü ola bilərsiniz. Mən özüm elə etmişəm, sadəcə layihə tapıb, müraciət
etmək lazımdır. J
Daha
bir məsələ getdiyiniz ölkənin dili ilə bağlıdır, əgər sizin üçün öyrənmək
maraqlıdırsa, sizi host edən təşkilatdan dil kursu istəyə bilərsiniz, bu
proqrama daxildir və xərcləri qarşılanır.
Suallarımı cavablandırdığı üçün Lamiyə Səfərovaya təşəkkürlər. Sizin də hələ suallarınız qalıbsa, onunla əlaqə saxlaya bilərsiniz. Uğurlar :)
Faydali Linklər:

No comments:
Post a Comment