Çoxunuun
bildiyi və yaxun da bəzilərinin də bilmədiyi kimi bu il universitetimin 1ci
kursunu başa vurdum.Universitet dövründə
az ya da çox şey öyrəndim əmin deyiləm. Amma əsas məsələ universitetdə
necə sağ qalmağı öyrəndim və hal-hazırda bu postumda da bunu necə etdiyimi açlq
açlq izah edəcəm ki, bəlkə kiməsə köməyi oldu.
İlk əvvəl
başlayaq əsas da bu ilki abituriyentlərdən hansı ki, rayonlardan gəlməli
olacaqlar və ev axtaracaqlar. Əgər ailənizlə və ya qardaş bacınızla
qalırsınızsa o zaman siz bir qədər daha rahatsınız. Amma ailə ilə qalmaq biraz
limitləsə belə yenə də evdə yeməyiniz, yerinizi yığışdıran və paltarlarınızı
yuyan birilərinin olması yaxşı bir şeydir.
Amma hər
bir halda əgər mənim kimi kiminləsə ev tutmalısınızsa o zaman biraz ehtiyyatlı
olun. İlk əvvəl seçdiyiniz otaq-ev yoldaşlarınıza fikir verin. Çalışın heç
deyilsə 1i əvvəlcədən tanıdığınız birisi olsun. Bir evdə dərdinizi bölüşəcək
birinin olmağı çox yaxşı bir şeydir. Bu baxımdan mənim bir qədər bəxtim gətirib
deyəsən. Amma, gərək evdə olan hər kəsə fiki verəsiniz. İlk əvvəldən hansı
qaydaların necə qurulduğunu dəqiqləşdirib aydınlaşdırasınız. Siz bir ailə
olmayacaqsınız ona görə də heç kim digərinə güzəştə getmək məcburiyyətində də
deyil və siz heç biriniz artıq körpə də deyilsiniz. Maksimum dərəcədə danışın və
kompromisə gedin. Problemlərinizi danışaraq həll edin və çalışın ev
davalarından (əgər varsa) uzaq olun.
Ev məsələsi həll olundusa, gəlin universitetə başlayaq.
Universitetin ilk günü biraz qəribə gələ bilər. Heç tanımadığınız bir qrupun
içinə düşəcəksiniz. Amma çalışın köhnədən tanıdığınız adamlara yapışıb qalmayın
əgər varsa. Təzə insanlar tanımağa və bacardığınızca çox adamla ünsiyyətə
olmağa çalışın. Zaman keçdikcə öyrəşəcəksiniz. Bir neçə çox yaxınınız və sonra
2ci və 3cü dərəcəli insanlar olacaq yəqin ki. Amma çalışın tək qalmayın. Hər
hansısa bir qrupda olmağı sevmirsinizsə bütün qruplarda olun və ya bir və ya 2
dostunuzla “öz aləminiz”-i yaradın. Universitetdə qruplaşmaların olması
qaçınılmazdır çünki və məktəbdən bir qədər fərqli olaraq, müəyyən vaxtdan sonra
bu qruplaşmalar stabilləşir kifayət qədər.
Müəllimlərə
öyrəşməyiniz isə qrup və ya patok yoldaşlarınıza öyrəşməyinizdən daha uzun
zaman ala bilər. Nə də olsa, qrup yoldaşlarınız da sizinlə eyni situasiyada
olanlardır və bir-birinizi bir növ anlayırsınız. Amma müəllimlər və ya
professorlar deyək, tamamilə ayrı aləmdirlər. Fikrinizdə onları nə qədər də məktəb
müəllimlərinizlə müqayisə etməyə çalışsanız boşuna cəhd etmiş olacaqsınız. Ən
yaxşısı onları öz xarakterləri ilə qəbullanın. VƏ əsas məsələ ilk əvvəl onlara
bacardığınız qədər çox SƏBR göstərin. Səbr səbr səbr. Ta ki, səbr kasanız
daşana qədər. 1 kasanız daşsa belə yanına o birini qoyun o da dolsun gözləyin.
Aqressiv olmayın. Aqressivliklə başınız çox bəlalara girə bilər. Səbirlə həll
edin probleminizi. Sakitcə. Öz tempinizi qoruyun. NƏ istəsəniz edin amma müəllimənin
üzünə durmayın xırda səbəblərə görə və ya lağlağı etməyin. Çox uşaqca görünə
bilərsiniz. Məsələn sırf nəyisə səhv tələffüz elədi, və ya nəsə sizin xoşunuza
gəlməyən bir söz dedi-boş verin. Bura məktəb deyil ki, kiçik şeylərlə lağlağı
edib güləsiniz. Amma məsələ sizə dəfələrlə qiymət yazmayan bir müəllimə gəldisə
qaydaları dəyişə bilərsiniz.Bir neçə dəfə dərsinizi öyrənin heç deyilsə, və əmin
olun ki, həmin adam sizinlə sırf prisnipdədir. Onda üzünə dayanın. Amma heç
vaxt etikadan kənara çıxmayın. Özünüzə hakim olmağı bacarın ki, nə özünüzü
qrup-patok yoldaşlarınızın gözündə kiçiltməyin, nə də özünüzə olan hörmətiniz
yox olmasın. Və ən əsası böyüklük sizdə qalsın.
Hər nə
də olsa, qabağınızdakı şəxs 1) sizdən böyüdür, 2) nə qədər də olmasa kimə isə nə
isə öyrətmiş bir müəllimdir! SƏBR SƏBR SƏBR! Bu sizin yeganə köməyiniz
olacaq... Çünki, bir də doğru ola ola səhv çıxmaq var.
Demirəm
bütün müəllimləriniz pis olacaq. Qaymaq kimi müəllimləriniz də olacaq. Həm də
çox. Həqiqətən sizə bir tələbə olaraq hörmət qoyan və nəsə öyrədən müəllimlər.
Belələri bir başqa aləmdir. Qədrini bilin J Onların da səbrini çox zorlamayın deyirəm... Səbr
edin və sakit olun...
Ümumiyyətlə isə universitetdə dekanla və zamdekanla ümumilikdə dekanatdakılarla aranızı yaxşı saxlayın. Dekanınınz bizdəki kimi bal şəkər olsa bəxtiniz gətirib olmasa, artıq özünüz bir üsul tapmalı olacaqsınız. Amma bu halda belə münasibətlərə makssimum fikir verin. Əgər universitetdəsinizsə çalışın hər kəsə hörmət etdiyinizi və hörmətinizi maksimum göstərəsiniz. Pul-hörməti demirəm. Münasibət hörməti deyirəm sizə.
Ümumiyyətlə isə universitetdə dekanla və zamdekanla ümumilikdə dekanatdakılarla aranızı yaxşı saxlayın. Dekanınınz bizdəki kimi bal şəkər olsa bəxtiniz gətirib olmasa, artıq özünüz bir üsul tapmalı olacaqsınız. Amma bu halda belə münasibətlərə makssimum fikir verin. Əgər universitetdəsinizsə çalışın hər kəsə hörmət etdiyinizi və hörmətinizi maksimum göstərəsiniz. Pul-hörməti demirəm. Münasibət hörməti deyirəm sizə.
Olacaq
ki, sizə bir tələbə olaraq şəxsiyyəinizə hörmət qoymamağa çalışacaqlar. Elələrini
məcbur edin. Aqressiyanızla yox, davranışınız və münasibətinizlə. Etikanızdan
heç vaxt kənara çıxmayın və bacardığınzdan belə daha mədəni danışın həmin
insanlarla. Bİr nöqtədən sonra özləri anlayacaqlar. Unutmayın ki belələri hələ
də sovet dövrünün psixoloiyasından azad olmayan insanlardır. Onlara qarşı da
3-4 səbr kasası qoyun yanınıza -_- Başqa çözüm yolu yoxdur.
Başqa
nə qaldı? Universitetdəki “event”lərə. Çoxusu bir şeyə yaramırlar.2 gündən bir
alt zalına filan yığılacaqsınız.Vaxtınız varsa, və evdə sizi ac gözləyən
arvad-uşağınız yoxdursa və ya təcili işiniz çıxmayıbsa gedin. Dərs oxuyacam bəhanəsini
isə universitetdə gətirməyin -_- Əgər hələ dərs saatındadırsa xüsusilə qatılın.
Heç deyilsə biraz adam tanıyarsınz-sosiallaşarsız. Debat klub filan varsa, və əgər
danışmaqla da aranız yaxşıdırsa ona da qoşulun. Və ya sizin universitetinizdə
hansı aktivitilər varsa onlara maksimum
qoşulun. Heç deyilə bir neçə dəfə gedin görün. Əgər bəyənmirsinizsə belə nə
olduqları haqqında bir fikriniz olar.
Bundan
başqa universitet sizə məktəb deyil ki bütün günü sadəcə kitabqurdu kimi dərs
oxuya dərs əzbərləyəsiniz. Dərslərinizi ciddiyə alın, amma botanik olmayın
deyirəm yəni. Orta balınız (GPA) bu haqda xəbəriniz olmaya bilər ilk əvvəl amma
bilin və agah olun: ORTA BAL MAGİSTRATURA HAQQINDA DÜŞÜNÜRSÜNÜZSƏ və ya hansısa
programlara müraciət edəcəksinizsə çox vacib olacaq. Sonradan ayılanda çətin
olacaq. Çalışın orta yüksək tutasınız.
Belə...
Bir ildə mən ən azından belə sağ qaldım. 2ci semestrdan işləməyə belə başladım.
Və bidiyim gördüyüm bütün eventlərə də hələ də qatılmağa çalışıram və hər yerdə
olmağı çox sevirəm. Heç deyilsə, insanın sıxılmaq üçün vaxtı qalmır...
P.S əgər
əlinizdə şans varsa ki, təhsilinizi hansısa başqa ölkədə davam etdirəsiniz, nəbadə
onu əldən verəsiniz!!!
P.S.S Azərbaycandakı universitetləri kinolarda gördüyünüz universitetlərlə səhv salmayın, sonra xəyallarınız suya düşməsin =D
1 comment:
Salam. universitetin ilk gunu ne getirmek lazimdi? o barede de melumat vere bilersiniz?
Post a Comment