Showing posts with label ana. Show all posts
Showing posts with label ana. Show all posts

“Arvad” və “Həyat yoldaşı”


 Bir gün yolda iki qadın rastlaşırlar. Brisinin üzərində dizdən aşağı, gen bir ətək və qarşısında da fartuk. Digərininsə üzərində Şalvar və hündür topuqlu ayaqqabılar. Yaşları eyni olmasına baxmayaraq birinin üzündə kəskin qırışlar illərin çətinliyini kəskin büruzə verir. Buna baxmayaraq gülümsəməyə çalışır. Məhzun təbəssümünün xüsusi parıltısı var sanki...Digəri isə ağappaq uzun dırnaqları (p.s caynaqlar), və parlaq botokslu siması ilə seçilir.(Botoks olmasa belə olar. Onsuz da belələri gec yaşlanır). Üzündə heç zaman əksilməyən geniş bir gülüş... Onlardan birisi “arvad” -ı digəri isə “həyat yoldaşı”dır.  Beləcə 2 qadın başlayırlar söhbətə.

“arvad”: Bu gün tarlada işləməliyəm. Arxları çəkməyə kömək edəcəm anama.

“həyat yoldaşı”: Bu gün ərim işdədir. Gedim yanına hərlənim, biraz başı açılsın söhbət edərik.

“arvad”:: Hə yadımdan çıxmışdı sonra da tələsik gərək gəlim evə uşaqlara yemək bişirim. Çatmasam özüm yemərəm yəqin. Axı sonra mallar naxırdan qayıdacaq.

Kimdir günahkar?!…

Onlar bir-birlərini sevərək evlənmişdilər. 2 övladları dünyaya gəlmişdi. Amma, sevgiləri çox azalmışdı. Artıq bir-birlərini dinləmək istəmirdiliər.
Xüsusən də əri arvadının paltarlarına qarışması evdə böyük problem idi. Axı arvadı gödək ətəklər geyinmək, makyaj eləmək və saçlarını gündə bir rəngə boyamaqdan çox xoşu gəlirdi. Axı həm də əri onu belə sevmiş və onunla belə evlənmişdi. İndi nə dəyidi axı?! Bu onu çox sıxırdı… Amma, övladlarına görə qalmağa məcbur idi. Bir gün isə o artıq qərar verdi. Uşaqlarını da götürüb evi tərk edəcəkdi. GEcəykən ərinin yuxuda olduğu bir vaxt uşaqların hər ikisini geyindirdi və sakitcə evdən qaçırdı. Səhər Əri oyandığında “lələ köçmüş yurdu boş qalmışdı”. Evə heç kim yox idi. İşin nə yerdə olduğunu anladı və dərhal onları axtarmağa başladı. Ancaq tapmadı. Birbaşa polisə müraciət etdi. Axı o da övladlarını çox sevirdi… Bir neçə ay sonra boşanmağa qərar verdilər. Amma uşaqlardan biri anasında biri isə atada qalmalı idi. Axı onların hər ikisi hər iki uşağın özündə qalmasını istəyirdi. Amma məhkəmə qərarı belə idi: oğlu anada, qız isə atada qalacaqdı… Və onlar o qədər qalmaqallı ayrılmışdılar ki, məhkəmə uşaqların görüşməsinə sadəcə ildə bir dəfə yay tətillərində icazə vermişdi. İldə sadəcə bir dəfə...

Balaca Bulud...

Balaca Bulud həyatından çox narazı idi...Dünyaya gəldiyindən bəri həyatında hər şeyin mənasız və maraqsız keçdiyini düşünürdü. Anası ilə tez-tez dava edir və onu tərk edəcəyi ilə hədələyordi. Anası isə hər qısa "müharibədən" sonra möhkəm göz yaşı tökür, hər ağladığında isə daha da cılızlaşırdı... Ana məhv olurdu. Balaca, sevimli buludu onu məhv edirdi. Anasını dinləmir, hər şeyi öz istədiyi kimi edirdi. Anası isə dözməyə çalışırdı. Və zorla da olsa bacarırdı. BAlaca buludun idə hər gün canı sıxılır, nə isə yeni bir şey etmək istəyirdi. Bir gün isə anasını tərkedərək yapayalnızbir dünya səyahətinə çıxmağa qərar verdi.
Anasın icazə verməyəcəyini bildiyindən anasının yanında olmadığı bir vaxtgizlicə qaçdı yurd-yuvasından... İndi o, azad idi. Rahat idi. Ona nə edib, etməyəcəyini deyən birisi yox idi çünki. Azadca uçurdu. Heç qəlbi kövrəlmirdi belə. Artıq qəlbi o qədər daşlaşmışdı ki, qupquru, ölümə məhkum çölləri gördüyündə belə ağlamırdı. 1 damcı suya görə ölümlə savaşan körpələri gördüyündə belə kövrəlmirdi... Susuz səhraları gördüyündə belə qəlbi sızlamırdı. O, sanki hər şeyə nifrət edirdi. SAdəcə özünü sevirdi. "özü ilə qürur duyurdu"...-deyə fikirləşib yoluna davam edərkən dəhşətli bir qasırğaya düşdü...

Bəmbəyaz, saf bir dünyaya...

Ana,mən durdum. Ana, oyanmışam. Dayan, yuvadan yenədə uçmusan? Mənə yemək gətirməyə getmisən?
Axı, bugün sən niyə tez getmisən? Sənki, mənə uçmağı öyrədəcəkdin. Axı mənim 1 yaşım tamam olub?!
Ana, mənki uçmağı öyrənib dəstə ilə burgə getməyi bacarmalı idim. Ana, sən haradasan axı? Bildim, yəqin mən özüm bunu bacarmalıyam? Özüç uçmağı öyrənməliyəm?! Buna görə məni yalnız qoymusan?Məni imtahan edirsən? Sən yəqin haralardasa burdasan və məni görürsən hə? Yaxşı, onda mən bacararam.
...Ana, mən bacardım! Ana, mən artıq uçuram! Mavi səmadayam artıq! Ana mən artıq mas-mavi səmada, ağappaq buludların arasında qanad çalıram! Ana, niyə yanıma gəlmirsən? Axı niyə görmürəm səni?!
Ana, sənə nə olub? Niyə yerdə uzanmısan? Ana, niyə soyuqsan? Ana, niyə danışmırsan? Bu qırmızı nədir belə sinəndə? Ana, ağzındakı nədir belə? Mənə gətirirdin? Ana, bu adam kimdir? Ana, bəs onun əlindəki nədir? Ana,niyə mənə belə baxır? Əlindəki də mənə baxır deyəsən...

Ana, bu səs nədir? Ah.. Niyə gözüm qaralır? Niyə uça bilmirəm?! Axı indicə öyrənmişdim uçmağı?! Artıq uça bilmirəm! Ana, uça bilmirəm...

.... Ana, axı sənə dedim tapacam səni?
....Səni gözləyirdim. İndi çox uzağa uçacağıq, bəmbəyaz və saf bir dünyaya....