Bəzi zamanlar bir boşluq hiss edərik-anidən gələn. Bir müddət sonra çox zaman hər
şey nomallaşar. Amma, bəzi vaxtlar isə bu boşluq hissi daha da dərinləşər və
bizə bir çıxış yolu buraxmaz və bu zaman özümüzü ən zəif hiss edərsiniz.
Siz tək deilsiniz. Bu hisslər hər kəsə tanışdır.
Kimiləri nisbətən daha asan
bundan uzaqlaşır, kimilərinə isə bu daha ağır təsir edir. Bəzənsə stressdən
asılı olaraq çox daha uzun zaman ala bilir.Siz tək deilsiniz. Bu hisslər hər kəsə tanışdır.
Əvvəlcə
araşdırdığım depressiyanın görünən simptomlarını yazmaq istəyirəm :
- Özünüzü yalnız, atılmış və ya kimsəsiz hiss edirsiniz-hər kəs sizə yad-uzaq gəlməyə başlayır
- Normalda hər gün etdiyiniz şeyləri etmək və ya dostlarınızla görüşmək yerinə yalnız qalmağı daha üstün tutursunuz (əgər extravert-yəni insanlarla ünsiyyəti sevən birisinizsə)
- Yuxu pozğunluğu yaşayırsınız (ya həddindən artıq çox ya da çox az yatırsınız)
- Bir şeyə fokus olmağınız çətinləşir və ya əvvəllər sizin üçün çox asan olan şeylər indi sizin üçün həddindən artıq çətinləşir.
- Özünüzü ümidsiz və çarəsiz hiss edirsiniz
- Fikirləriniz həddindən artıq dağınıqlaşır
- Beyninizdə elə hey qəmgin düşüncələr dolaşır və siz bu qəmginliklərdən uzaqlaşa bilmirsiniz.
- . Çox səbirsizləşirsiniz və asanlıqla tempinizi itirirsiniz və ya əsəbləirsiniz.
- Əhvalnız həddindən artıq tez dəyişir : bir neçə dəqiqə içərisində sürətli şəkildə gülməkdən ağlamağa keçirsiniz
- Həddindən artıq alkoqola və ya siqaretə başlamısınız (normaldan artıq)
Bunlar normalda mənim hiss etdiklərimdir məsələn. Amma bu belə
insandan insana dəyişə bilər. Aşağıdakı linkdən daha ətraflı bunun haqqında
oxuya bilərsiniz.
Bəli,
əgər artıq bunların bir neçəsini yaşayırsınızsa və özünüzün depressiyada
olduğunuzu hiss edirsinizsə, bunu beləcə qoymayın ki həyat tərzinizə zərbə
vurmasın. Amma unutmayın ki, depressiya zəiflik deyil və əsas məsələ siz bundan
əziyyət çəkən yeganə insan deyilsiniz. Bu zaman utanmaq və ya bundan sıxılmaq,
gizlətməyə çalışmaq lazım deyil. Ən əvvəlcə bunu özünüzə etiraf edin və ya başa
düşün. Depressiyada olmağınıza və ya sadəcə bu qədər ümidsizliyinizə
qapılmağınıza səbəb olan şey nədir? Bəzən, konkret bir səbəbi olan
depressiyalardan çıxmaq daha asan olur. Belə halda, əsas məsələ bu problemi
tapıb həll etməklə sizdən uzaqlaşar. Stressdirsə əgər deməli bu zaman, məsuliyyətlərinizi
bir qədər azaltmalısınız. Özünüzə və ailənizi və yaxud da ətrafnızda olan
sevdiklərinizə daha çox vaxt ayırın.
Kiminçünsə
darıxırsınızsa, zəng vurun əgər alınırsa gedin və ziyarət edin.
Həddindən
artıq monotonluqdan bezmisinizsə, bir bel çantanızı alın və bir avtobusa minib
ağlınıza gələn ilk şəhərə gedin heç deyilsə bir həftəsonu. Bura çox uzaq olmaya
da bilər. Yaxlnlıqadakı olmadığınız bir şəhər də ola bilər. Heç fərq etməz. Sadəcə
uzaqlaşln bir qədər və fərqlilik yaradın.
İkinci
hal isə o haldır ki, artıq heç bir səbəb olmadan sıxılmağa və ümidsizləşməyə
başlayır adam. BƏlkə də nə stress nə
monotonluq nə də hər hansı sıxıntısı var. Və yaxud da bu səbəblərdən hamısı var
amma siz tapa bilmirsiniz. Mümkün
haldır. Amma istənilən halda, bu
sıxıntıdan və ağırlıqdan qurtulmaq istəyirsiniz. Çarələr tükənməzdir. İstər səbəbi olsun və ya səbəbi olmasın
depressiyadan qurtulmaq üçün bir də standard olan çözüm yolları var. MƏn əvvəlcə
sırf özümdə, təcrübi olaraq işə yarayanları sonra isə araşdırdıqlarımı
paylaşacam. Çünki hər bir halda yenə də insanlar fərqlidir problem eyni olsa
belə.
- Yuxu saatlarınıza fikir verin. Ən azı 8 saat yatmağa çalışın. Bu ən normal yatma saatıdır. 12də yatıb 8də və ya 1də yatıb 9 da durun heç deyilsə, əgər çox gec yatmağa öyrəşmiş birisinizsə. Başınızı hər hansı bir hobbinizlə qarışdırın. Şəkil çəkməyi, rəqs etməyi, mahnı oxumağı çox sevirsinizsə normalda bunları edin. Gündə özünüzə çox yox heç olmasa 25 dəqiqə ayırın ki, sevdiyiniz işlə məşğul olasınız. Depressiyadasınızsa, siz həm də tənbəl hiss edəcəksiniz özünüzü həddindən artıq və bunları etməyi ertələyəəksiniz. Ən yaxşısı özünüzə dəqiq bir saat seçməkdir belə halda. Telefonunuza isə, alarm qurun ki, o sizi məcbur etsin J
- Səhər və ya axşam qaçışına çıxın.Qaça bilmirsinizsə sadəcə gəzin. Gündə 40 dəqiqə sakitcə açıq havada olun. Qulaqcıqlarınızı və qəmgin mahnılarınızı isə evdə tərgiyin. Çıxın, havanın, quşların necə də gözəl olduqlarına fikir verin. Ağaclara, insanlara, fontanlara, binalara diqqətinizi çəkə biləcək hər şeyə fikir verin.
- Hər hansı bir çiçək mağazasına gedin və çiçəklərə tamaşa edin almasanız belə. Və ya zoo mağaza da olar əgər heyvansevər birisinizsə J
- Yemək saatlarınıza xüsusi fikir verin. Səhər/günorta/axşam yeməklərinizi əksik qoymayın. Əlavə olaraq isə bol-bol meyvə və tərəvəz əlavə edin menyunuza. Depressiyadan çıxmağın ən yaxşı üsulu təbii vitaminlərdir.
- Meyvə çayları, və ya çobanyastğı və s. Kimi bitki çayları için.
- Qəmgin mahnılardan, kinolardan və kitablardan bir müddət uzaq olun. Daha gülməli, əhvalaçıcı şeylərə vaxt ayırın. Gülməli kinolara, cizgi filmlərinə baxın.
- Kiməsə kömək etməyə çalışın. ÖZünüz çətin vəziyyətdəsiniz kimə xeyriniz dəyər, düşüncəsiylə ümidsizliyə qapılamyın, sizin köməyinizə kiminsə çox ehtiyacı ola bilər və bu sizin həm də daha yaxşı və lazımlı hiss etməyinizə səbəb ola bilər. Məsələn, ən yaxşısı kiməsə nəsə öyrətməkdir. Bu zaman bunu bacardlğınızda və həmin adam sizə təşəkkür etdiyində dünyaınn ən xoşbəxt insanı olaraq hiss edəcəksiniz özünüzü.
- Bol-bol gülümsəməyə çalışın insanlara və təşəkkür edin bacardığınız qədər çox. Mağazadan bir şey aldığınızda satıcıya gülümsəyərək etdiyiniz təşəkkür sizə əvvəlcə bəlkə təəccüblənmiş amma çox zaman isə gözəl bir gülümsəmə ilə bir təşəkkür bəxş edəcək. Özünüzü bundan məhrum etməyin J
Bunlar mənimçün ən köməkçi olan həll
üsullarıdırlar. HƏr dəfə, hansı ki, depressiyaya düşürəm ilk olaraq müraciət
etdiklərim bir növ. Amma əgər həddindən artıq çətin vəziyyətdəsinizsə, bir həkimə
müraciət edin və lazımdırsa həkim məsləhəti ilə antidepressant qəbul edin. Antidepressantların
yan təsirləri çoxdur və onları həddindən artıq qəbul etmək sizə başqa xəstəliklərə
səbəb ola bilər çünki, onlar nisbətən ağırdırlar. Onlara ən son çarə olaraq
müraciət edin. Ən son halda deyək bir növ. Amma mütləq kimdənsə məsləhət alın
bu haqda.
Unutmayın, derpressiya bir çox halda keçici
bir şeydir və əslində zəiflik deyi sadəcə olaraq emosional bir həssaslıqdır.
Heç kim siz depressiyadasınız deyə sizi zəif qəbul edə bilməz. Çox yaxın
dostlarnzdan əvvəl də dediyim kimi kömək almağa və sizi anlayacaq biri ilə
probleminizi bölüşməyə çalışın. Valideynlərinizlə depressiyanızı paylaşsanız nisbətən daha fərli təpki- reaksiya
ala bilərsiniz. “depressiyada filan deyilsən” “özünə gəl” “boş-boş danışma” və
s. Kimi. Yenə də onlara bunu deyin J bir nöqtədə sizi
anlayacaqlar. Sadəcə olaraq onlar sizinçün çox qorxurlar və narahat olurlar...
Hər bir halda siz tək deyilsiniz.
Ətrafınızda depressiya ilə “uğraşan” bir çox insan tapa bilərsiniz ən azından.
Heç bir zaman, ümidsizliyə qapılıb özünüzü daha da zəifləməyə icazə verməyin.
Siz güclüsünüz və bunu özünüzə də sübut edə bilərsiniz.
Sonda isə: hər zaman gülümsəyin və xoşbəxt
olun! Qəlbinizi və beyninizi xoşbəxt düşüncələrlə doldurun. Positiv düşünün. Nifrət və paxıllıq etməyin J Sevin və gülümsəyin J Gerisi isə özü gələcək. Bİr
müddət sonra isə, sizi sıxan həmin problemlərin əslində isə heç bir şey
olduğunu görəcəksiniz, və unudub gedəcəksiniz.
Depressiyasız günlər ümidi iləə J
Və ən sonda isə, əgər mənim həll yollarıma əmin
deyilsinizsə və ya əlavə mənbələrə müraciət etmək istəyirsinizsə, sizinçün əlavə
başqa saytlardan da həll yollarını məsləhət görə bilərəm, hansı ki, axtarərkən
mənim çox köməkçim olublar:
No comments:
Post a Comment