Universiteti bitirmək və ya bitirməmək→Budur bütün məsələ?

   Xatırlayıram ki, illər əvvəl çox ağır bir şəkildə universitet imtahanlarına hazırlaşırdım. 8-9cu sinifden düz 11ci sinfe qədər bu beləcə davam etdi.
11ci sinifdə isə proqramımı daha da intensivləşdirib gün içində 18 saatdan daha çox  dərs oxuduğumu belə xatırlayıram...
   Hər nəysə, beləliklə, istədiyim balla universitətə qəbul oldum... Adindan nə edəcəyimi bilmədiyim bir ixtisasa, və nə edəcəyimi bilmədiyim bir universitətdə... Amma bura qəbul olmasaydım başqa istədiyim hansısa ixtisas da var idi ki? Düzü heç bilmirəm... Bircə bilirəm ki, yazıçı olmaq istəyirdim. Bir müddət isə jurnalistika ile maraqlanırdım... Amma sonra, gördüm ki, Azərbaycanda jurnalist olmaq olan iş deyil... Başını buraxdım. Sonra pilot olacaqdım... Sonra orda da nə isə yanlış anlaşmalar oldu, sən demə gözlərimin zəif olması problem imiş... Ən azından mənə belə demişdilər...
   Ona görə də, düşdüm mühasibat uçotu ve audit ixtisasına... Yəni, özüm seçdim... Bir növ.
Universitetə başladım. Nə isə maraqlı olacağını düşünürdüm. 1 semester-2 semester- beləcə 1 il keçdi. Hələ də bilmirdim ki, bu ixtisası bitirdikdən sonra nə işləyəcəyəm. Yay tətilində oturdum başladım araşdırmağa: "mühasibat nədir?" "mühasiblər nə işləyir" "mühasiblərin günlük işləri" və s. kimi axtarış sözləri ilə Google qardaşın başını ağrıtmağa... Videolar izlədim, məqalələr oxudum, gördüm çox sıxıcı bir kolluğa salmışam özümü. Amma geri dönüşü də yoxdur. Dövlət hesabına təqaüdlə 1 dəfə qəbul almışam və yenidən gedib imtahana girə bilmərəm... O qədər ödəniş etmək maddi olaraq mümkün deyil...Ən azından mənə görə...
 

DAAD yay məktəbi haqqında bildiklərimiz və bilmədiklərimiz :)


Bugün, blogumun qonağı və DAAD yay məktəbi məzunu,  Əli Behbudovdur. Əlidən bu program haqqında bütün məlumatları almağa və sizinlə bölüşməyə çalışıram. Beləliklə, başladıq. 
  • Qısaca program haqqında: Almaniyada baş tutan yay dil kursunda tələbələr DAAD( Deutscher Akademischer Austauschdienst) şirkəti tərəfindən maliyyələşdirilirlər. Yay dil kursu təxminən avqust və iyul aylarında baş tutur və proqramda  yalnız bakalavrın 2 və 3-cü kurs, magistrın 1-ci kurs tələbələri iştirak edə bilərlər.

Airbnb nədir?


Airbnb haqqında bir çoxlarının yəqin ki, məlumatı var.
Olmayanlar və sadəcə ordan-burdan eşidənlər üçünsə, biraz məlumat verəcəyəm və bu saytdan necə öz xeyrimizə istifadə etmək və gəlir əldə etmək olar deyə yazacağam.
Airbnb normalda əsasən istifadəçilər tərəfindən işlədilən bir “accomodation”(məşkən, yer) saytıdır. Belə ki, bu sayt vasitəsilə siz səyahət edərkən kiminsə evini və ya otağını kiraləyə və ya öz otağınızı kirayələyə bilərsiniz. Amma əlbəttə ki, Airbnb ilə normal kirayə saytlarını heç cür qarışdırmamaq lazımdır. Bu sayt vasitəsilə adətən səyyahlar üçün və əsasən günlük sifarişlər olunur. Airbnb-nin ən gözəl qismi isə, qonaq edən və qonaq olan hər ikisi də bir-biri haqqında şərh yaza bilir, və bu ictimai olaraq görünür ki, əgər hansısa bir tərəf qeyri-etik və ya narahat bir şey edibsə, digər şəxslər üçün də bu görünür, və həmin şəxsin reytinqi aşağı düşür. Bu isə o deməkdir ki, bu şəxs gələcək dəfə kiminsə evində qonaq olmaq üçün sorğu göndərdiyində, qəbul olunmamaq şansı daha da yüksəlir.

Korea mübadilə programı və mən (1ci hissə)

  Başqa bir mübadilə programım və tamamilə başqa bir semester. Bu dəfə, öncəkinin tam əksi bir dünyada: Gözəl Korea-da.
  Bu ölkəyə mən başqa cür xitab edə bilmirəm... Hətta bir nöütədə gözəl sözü belə əksik qala bilər məncə. Normal şərtlərdə “korea fan” deyilən bu ölkənin fanatları ilə heç bir qarışıqlığım yoxdur sadəcə olaraq Korea haqqında 3 “korea fan” dostumdan bir qədər məlumatım vardı. Amma, belə bir ölkənin mövcudluğu və ordakı “k-pop” və “fashion”dan başqa bildiyim bir şey yoxdu onun haqqında. Ta ki, bu mübadilə programıma qədər.

Heç nəyin sorğu-sualı


                                                                Boş yazı



Bu gün heç nədən yazmaq istədim. Otağın küncündəki heç nədən. sakitcə oturub ordan günlərcə həftələrcə bizə baxan heç nədən.
boşluqdan.
düşüncəsiz bir boşluqdan hansı ki, inanmaq istəmir heç bir görmədiyinə. inanmır. sadəcə eşidir.
Bu dəfə yazım dedim. amma yazarkən düşünüm, məqsədsizcə davam edim yazmağa.
Heç oturub özünüzə sual vermisinizmi ki, nə edirsiniz? Bir şey edirsiniz və bunu niyə edirsiniz? Nə etmək istəyirsiniz?
düşünmüsünüzmü həyat məqsədləriniz haqqında?
Bİlirsinizmi ki, 5 il-10 il-15 il sonra harda? necə? nə cür? kiminlə? olmaq istədiyinizi?
Bilirsinizmi həyat məqsədiniz nədir? Və yaxud da varmı məqsədiniz?
İnsanlara kömək edirsinizmi?
Ən son nə zaman 1 nəfərə kömək eləmisiniz? sadəcə yoldan keçən 1 dilənçiyə pul verməkdən getmir söhbət. Həqiqətən nə vaxt axırıncı dəfə kiminsə həyatını dəyişdirəcək bir şeydən danışıram. ELə bir şey ki, həmin insan sonra yaxınlaşsın və "sənsiz bacarmazdım" desin. Ümumiyyətlə eləmisinizmi belə bir şey?
Yoxsa, özünüzü düşünməkdən siz də mi, başqalarına vaxt ayırmağı unutmusunuz? O qədər öz dərdlərinizə acımısınız ki. başqalarınınkı sizə boş bir şey kimi gəlib. O qədər özünüzlə məşğul olmusunuz ki, başqaları gözünüzə belə görünməyib.
Bilirəm, bilirəm, bunların hamısı öz problemlərimizin çoxluğundan irəli gəlir. Əminəm ki, belədir. Başqa necə də ola bilər ki? yoxsa heç yaxşılıq mələklərinizi qaçırmağı düşünərsinizmi?  Əlbəttə ki yox.
bəs problemləriniz çoxdur deyirsiniz, elə isə axırıncı dəfə nə zaman özünüzə vaxt ayırmısınız? NƏ vaxt qaynar bir düş alıb, sonra əlinizdə bir kitab saatlarla oxumağa vaxt tapmısıınız? nə vaxt, doyunca yuxulayıb sonra isə bir neçə gözəl bir film izləyib, bir qaçışa və ya yürüyüşə çıxmısınız?
Bunları da emtəmisiniz? Hə, düzdür axı, bunlar sizin problemlərinizi həll etmək üçün kifayət deyillər. Sizin problemləriniz daha böyük qayğılarınız daha çoxdur axı...
Sevdiklərinizi də unutmusunuz yəqin öz qaçhaqaçınızla.
heç olmasa yaxınınızdadırlarsa, gedib bir qucaqlayın, öpün, oxşayın onları. Nə istəyir olsun, necə istəyir olsun, qeyd-şərtsiz sizin yanınızda olacaq yeganə şəxsləri də itirməyin.

Depressiya üstün gəldiyində, siz onu altdan alın ;)


Bəzi zamanlar bir boşluq hiss edərik-anidən gələn. Bir müddət sonra çox zaman hər şey nomallaşar. Amma, bəzi vaxtlar isə bu boşluq hissi daha da dərinləşər və bizə bir çıxış yolu buraxmaz və bu zaman özümüzü ən zəif hiss edərsiniz.
Siz tək deilsiniz. Bu hisslər hər kəsə tanışdır.

EVS (Avropada könüllülük programı)

1)Qısaca program haqqında:

EVS – European Voluntary Service, Avropa Könüllülük xidməti. 18-30 yaşlı gənclərin öz ölkələrindən fərqli ölkədə könüllü şəkildə bir layihədə iştirakıdır, bu mədəni, ətraf mühit, uşaqlarla, gənclərlə, yaşlı və ya qüsurlu insanlarla iş ola bilər. 2 -12 ay arası müddət dəyişə bilər, bir şəxs 12 aydan artıq EVS könüllüsü ola bilməz. EVS prosesində 3 tərəf iştirak edir, könüllü, göndərən təşkilat (sending organization) və qonaq edən təşkilat (hosting organization). Proqramda iştirak edən ölkələrdən biri ya Avropa Birliyi üzvü ya da üzvlüyə namizəd olmalıdır.